main-post-cover

    Microsoft şirkəti Windows 10 Mobile əməliyyat sisteminin dəstəyinin dayandırılmasını təxirə saldı

    Elm & Texnologiya
    17.12.2019
    Emil Nəcəfov
        Hələ bir neçə ay bundan öncə Microsoft şirkəti bildirmişdi ki, o, 10 dekabr tarixində Windows 10 Mobile əməliyyat sisteminin dəstəyini dayandıracaq. Lakin sözügedən layihənin bağlanmasının və dekabr ayının əvvəlində Windows 10 Mobile əməliyyat sistemli smartfonlar üçün sonuncu sistem yenilənməsinin təqdim edilməsindən sonra məlum oldu ki, bu əməliyyat sisteminin sonu hələ çatmayıb. Bu barədə 4pda saytı xəbər verib. Belə ki, Windows 10 Mobile üçün təqdim edilmiş sonuncu yenilənmənin təsvirində qeyd edilib ki, şirkət əməliyyat sisteminin dəstəyini 14 yanvar 2020-ci il tarixində dayandıracaq.
        Windows 10 Mobile-ın dəstəyinin dayandırılmasının müddətinin dəyişdirilməsi səbəbi məlum deyil. Qeyd etmək lazımdır ki, 10 dekabr tarixində Microsoft şirkəti sözügedən əməliyyat sistemli smartfonlarda kritik sistem boşluqlarının aradan qaldırılması üçün Windows 10 Mobile-a sonuncu sistem yenilənməsini təqdim etmişdi. Bu əməliyyat sistemli smartfonlar çalışmağa davam etsələr də onlar artıq sistem yenilənmələrini əldə etməyəcəklər.
        Bundan əlavə olaraq tərtibatçılar tərəfindən olan texniki dəstək də dayandırılacaq. Əməliyyat sisteminin dəstəyinin dayandırılması müddətinin bir neçə gün bundan öncə dəyişdirilməsinin səbəbi onda ola bilər ki, istifadəçilər bu ilin sonunda və ya gələn ilin əvvəlində Windows 10 Mobile üçün əlavə yenilənmə paketlərini ədlə edəcəklər. Bir neçə müddət bundan öncə isə şirkət Windows 10 Mobile istifadəçilərinə Google Android OS-ə və ya Apple iOS-ə keçid etmələrini məsləhət görmüşdü.
    Linki kopyala