main-post-cover

    Microsoft şirkəti Windows 7 ilə Windows 8-in dəstəyini dayandıracaq

    Elm & Texnologiya
    22.04.2019
    Farid Pardashunas
        Microsoft şirkəti Windows 7, Windows 8Windows 8.x əməliyyat sistemlərinin dəstəyini dayandıracağını elan edib. Bu brədə Gagadget saytı xəbər verib. Əməliyyat sistemlərinin istifadəçiləri bu cür bildiriş əldə ediblər: “10 illik fəaliyyətdən sonra Windows 7-in dəstəyi sona çatmaq üzrədir. 14 yanvar 2020-ci il tarixi Microsoft şirkətinin Windows 7 əməliyyat sistemi ilə çalışan kompüterlərə sonuncu dəfə təhlükəsizlik yenilənməsini və texniki dəstəyini təqdim edəcəyi son tarix olacaq. Biz bilirik ki, dəyişikliklər heç də hər zaman asan şəkildə baş vermir. Buna görə də biz öncədən fayllar üçün ehtiyat yaddaş yerlərinin yaradılmasına kömək dəstəyini veririk”.

        Bu cür bildiriş müəyyən vaxtlarda istifadəçilərin qabaqlarına çıxacaq. Sözügedən bildirişi əldə etməmək üçün sadəcə olaraq “Bu barədə yadıma salma” düyməsinə klik etmək lazımdır. Beləliklə Windows 7 üçün sonuncu yenilənmə 14 yanvar 2020-ci ildə işıq üzü görəcək. Həmin gündən sonra bu əməliyyat sistemi bir daha sistem təhlükəsizliyi yenilənmələrini əldə etməyəcək. Təbii ki, istifadəçilər həmişəki kimi Windows 7-dən istifadə edə biləcəklər. Lakin sistem təhlükəsizliyi yenilənmələri bir daha olmayacaqları üçün Windows 7-nin təhüləsizlik məsələsi istifadəçilərin çiyinləri üzərində qalacaq
        Windows 8 ilə Windows 8.x əməliyyat sistemlərinin dəstəklərinin dayandırılması barəsində şirkət çoxdan məlumat vermişdi. Həmin vaxtda qeyd olunmuşdu ki, 1 iyul 2019-cu il tarixindən başlayaraq Windows Phone-nun dəstəyi dayandırılacaq. 1 iyul 2023-cü il tarixində isə Windows 8 üçün sonuncu yenilənmə işıq üzü görəcək. Lakin indi şirkət əməliyyat sistemi dəstəyinin dayandırılması tarixini öz rəsmi saytında dəyişib.
        Beləliklə yeni qrafikə əsasən Windows 8 ilə Windows 8.x əməliyyat sistemləri 1 iyul 2019-cu il tarixindən sonra bir daha yenilənmə əldə etməyəcəklər. Başqa sözlə desək, bu, şirkətin ilk planından 4 il daha tez reallaşacaq. Buna baxmayaraq Windows 8.1 əməliyyat sistemi 1 iyul 2023-cü il tarixinə kimi yenilənmə əldə etməyə davam edəcək. Bu səbəbdən Microsoft şirkəti istifadəçilərə Windows 10 əməliyyat sisteminə keçid etmələrini məsləhət görür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər