Microsoft şirkətinin gizli Surface Phone cihazı haqqında yeni məlumatlar
Elm & Texnologiya
31.05.2018
Farid Pardashunas
Görünür, şirkət Windows 10-nun tətbiqinin
genişləndirilməsini ARM cihazlarda planlaşdırır. Beləliklə Microsoft və
Qualcomm şirkətləri arasındakı əməkdaşlıq müqaviləsi Snapdragon 850
prosessorunun istifadə ediləcəyi Surface Phone layihəsi çərçivəsində
bağlanacaq. Həmin cihazı isə Dell şirkəti istehsal edəcək. Məlumata əsasən
Microsoft şirkətinin gözlənilən və mifik smartfonu bu ilin sonunadək satışa
çıxacaq.
Daha əvvəlki şayiələrə əsasən Surface Phone Windows Andromeda əməliyyat
sistemi əsasında çalışacaq və 3 ekranla təchiz olunacaq. Ekranlardan biri
standart, ikincisi modullu olacaq, üçüncüsü isə smartfonun çöl hissəsində yerləşəcək.
Beliklə istifadəçi həmin üçüncü ekrandan cihazın qatlanmış formasında da
istifadə edə biləcək. Çox güman ki, Surface Phone Snapdragon 850 prosessoru əsasında
çalışacaq. Yeni məlumatlara əsasən Windows 10-un yeni versiyası HP, Lenovo və
ASUS şirkətlrəinin yeni ARM cihazlarında bu ilin sonunda istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək