main-post-cover

    Microsoft şirkətinin yaradıcılarından biri olan Paul Allen 65 yaşında vəfat etdi

    Elm & Texnologiya
    16.10.2018
    Farid Pardashunas
        ABŞ-da 65 yaşında sahibkar və Microsoft şirkətinin yaradıcılarından biri olan Paul Allen vəfat etdi. Onun vəfat etməsinin səbəbi isə xərçəng xəstəliyi olub. Paul Allen hələ 2009-cu ildə bu xəstəliklə qarşılaşmışdı. Bu il o bildirmişdi ki, həkimlər onda yenidən xərçəng xəstəliyini aşkar ediblər. Paul Allen 1953-cü ildə anadan olub. 1975-ci ildə o, Bill Gates ilə tanış oldu və onlar məşhur Microsoft şirkətini yaratdılar. Allen şirkətin səhmlərinin 36%-ni, Bill Gates isə 64%-ni əldə etmişdi.
        İlk dəfə xərçəng xəstəliyinə tutulmasını Allen 1982-ci ildə öyrəndi. Həmin vaxtda müalicə üçün o, şirkətdən ayrılmalı oldu. Şirkətdən ayrılandan sonra Allen 8 ay ərzində xərçəng xəstəliyinə qalib gələ bilmişdi. Microsoft-dan ayrılandan sonra Allen aktiv şəkildə investor kimi çıxış edirdi və elmin, idmanın, texnoloji şirkətlərin inkişafına investisiyalar yatırırdı. Onun investisiyaları siyahısında DreamWorks animasiya studiyası, Portland Trail Blazers adlı professional basketbol komandası və amerikan futbolu üzrə Seahawks adlı komanda var.

        2004-cü ildə Allen-in iştirakı ilə yaradılmış SpaceShipOne adlı kosmik gəmi insanı suborbital qata göndərmiş ilk özəl şirkət aparatı olmuşdu. Paul Allen 1990-cı ildə, yəni 37 yaşında milyarder olmuşdu. 16 Oktyabr tarixi üçün Forbes jurnalı onun sərvətini 20.3 milyard dollar dəyərində qiymətləndirirdi. Bütün həyatı boyunca Paul Allen iqlim dəyişikliyi və Ebola epidemiyası da daxil olmaqla müxtəlif sahələrdə olan tədqiqatlara və xeyriyyəçiliyə 2 milyard dollardan çox vəsait xərcləyib. “Mənim ən köhnə və dəyərli dostlarımdan birinin vəfat etməsi səbəbilə mənim ürəyim paramparça olub. Onsuz bizim personal kompüterlərimiz olmazdı” – deyə Bill Gates öz müsahibəsində bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər