
"Microsoft", Skype Mingo tətbiqini təqdim etdi
Elm & Texnologiya
08.05.2017
Google Play-də Skype Mingo adlı tətbiqin alfa versiyası təqdim olunub.
Skype
Mingo, standart Skype tətbiqinin geniş funksiyalı versiyasıdır. Adi funksiya və
ünsiyyət (mətn, audio, video) vasitəsilərindən başqa yeni tətbiq, istənilən Android smartfonda standart zəng və ismarıc göndərmə tətbiqini əvəz edir. Çətin
ki, "Microsoft” öz tətbiqinin ikinci versiyasını bazara boş yerə təqdim
edib. Çox güman ki, şirkət yeni tətbiq üçün irimiqyaslı test keçirdəcək. Əgər həmin
testlərin nəticələri uğurlu olarsa şirkət adi tətbiqi, Skype Mingo ilə əvəz edəcək.
Məsələn "Facebook” və "Google” kimi şirkətlərin öz messencerləri var. Həmin
messencerlər isə istənilən vaxtda adi sosial şəbəkə tətbiqlərini əvəz edir.
Görünür "Microsoft” da
bunu etmək niyyətindədir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...