
Microsoft süni zəka əsaslı virtual köməkçiyə sahib bel çantasını patentləşdirib
Elm & Texnologiya
01.09.2023
Emil
Son bir neçə ay ərzində Microsoft şirkəti generativ süni zəka texnologiyasını demək olar bütün software məhsullarına inteqrasiya edib. Lakin görünür, şirkətin generativ süni zəka texnologiyası ilə bağlı planları software məhsullardan da kənara çıxır. Belə ki, Microsoft süni zəka əsaslı köməkçiyə sahib smart bel çantasını patentləşdirib. Patent sənədinə əsasən bu cür bel çantası ətraf mühitin tanıması üçün kamera, mikrofon və digər sensorlarla təchiz olunmalıdır. Sözügedən komponentlər vasitəsilə əldə edilmiş məlumatlar əsasında süni zəka əsaslı rəqəmsal köməkçi istifadəçinin sorğularına düzgün şəkildə reaksiya verə biləcək.

Bel çantasında süni zəka əsaslı rəqəmsal köməkçinin istifadə ssenarisinə misal olaraq ondan lazımi təyinat nöqtəsinə naviqasiyanın təqdim edilməsini istəmək olar. Microsoft-un fikrincə müasir rəqəmsal köməkçilər smart evlər üçün nəzərdə tutulub və onlar smart evlərin sərhədlərindən kənarda faydalı ola bilmirlər. Buna görə də şirkət süni zəka əsaslı rəqəmsal köməkçiyə sahib bu cür məhsulu nəzərdən keçirir. Patent sənədlərində smart bel çantasının texniki özəllikləri barəsində heç bir məlumat qeyd edilməyib. Bununla yanaşı bu cür məhsulun nə zaman təqdim olunacağı və satışa çıxacağı da aydın deyil.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
