
Microsoft şirkəti Surface Laptop seriyasının yeni noutbuklarının təqdimatına hazırlaşır. Söhbət, Surface Laptop 6 noutbuklarından gedir. Yeni noutbukların təqdimatları yaxın zamanda baş tutmalıdır. Təqdimata az müddət qalmış isə təqdim olunacaq minimum iki noutbuk modeinin texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Surface Laptop 6 seriyasına iki model daxil olacaq. Onlardan biri 13.5 düym, digəri isə 15 düym ekrana sahib olacaq.13.5 düym ekrana sahib olacaq modelin ekranı 2256x1504 piksel keyfiyyətinə sahib olacaq və Dolby Vision IQ standartını dəstəkləyəcək. Sözügedən model özü iki versiyada satışa çıxacaq.
Onlardan biri Intel Core i5-1335U, digəri isə Core i7-1355U prosessoru ilə təchiz olunacaq. Noutbuklar 8 GB-dan 32 GB-a kimi RAM-a və 256/512 GB SSD-yə sahib olacaqlar. Məlumatda qeyd edilib ki, 13.5 düym ekranlı modellər bir dəfə şarj olunandan sonra 21 saat ərzində çalışa biləcəklər. 15 düym ekranlı Surface Laptop 6-ya gəldikdə isə onun ekranı 2496x1664 piksel keyfiyyətli olacaq və Intel Core i7-1355U prosessoru ilə təchiz olunacaq. Bu model özündə 1 TB-a kimi SSD-ni birləşdirəcək. Bununla yanaşı 15 düym ekranlı noutbuk modelində Thunderbolt 4 girişi mövcud olacaq. Bunun sayəsində noutbukda xarici qrafik adapterləri istifadə etmək mümkün olacaq. Məlumata əsasən 15 düym ekranlı Surface Laptop 6 modeli bir dəfə şarj olunandan sonra 20 saat ərzində çalışa biləcək.