
Microsoft Surface Laptop Go 3 adlı yeni noutbukunu təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
22.09.2023
Emil
Microsoft şirkəti özünün Surface brendi altında noutbuk seriyasını yeni model ilə genişləndirib. Söhbət, Surface Laptop Go 3-dən gedir. Yeni noutbuk Surface Laptop Go 2-nin ekran və ümumi ölçülərini özündə qoruyub saxlasa da daha flaqman texniki göstəriciləri əldə edib. Beləliklə Surface Laptop Go 3 noutbuku 1536x1024 piksel keyfiyyətli 12.4 düym PixelSense ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 330 nit təşkil edir və o, Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub.

Noutbuk özündə barmaq izi skanı texnologiyasını böyük ölçülü touchpad-ı, Dolby Audio Premium dəstəkli səsgücləndiriciləri və 720p keyfiyyətində olan veb kameranı birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Surface Laptop Go 3 noutbuku Intel Core i5-1235U prosessoru, Iris Xe qrafikası, LPDDR5 standartlı 8/16 GB RAM, 256 GB-lıq SSD və 40 vatt saatlıq batareya həcmi ilə təchiz olunub.

Microsoft-un sözlərinə əsasən Surface Laptop Go 3 bir dəfə şarj olunandan sonra 15 saat ərzində çalışa bilir. Sözügedən noutbuk özündə həmçinin USB 3.2 Type-C, USB 3.1 Type-A, Surface Connect girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Noutbuk Windows 11 Home əməliyyat sistemi vasitəsilə çalışır. Surface Laptop Go 3 gələn ayın əvvəlində satışa çıxacaq. 8 GB RAM-a sahib model 800$-a, 16 GB RAM-a sahib model isə 1000$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
