Logo
    main-post-cover

    Microsoft Surface Laptop Go 3 noutbukunun fotoları və texniki göstəricilərə ortaya çıxıb

        Microsoft şirkətinin 21 sentyabr tarixində keçirəcəyi təqdimat tədbiri çərçivəsində yeni Surface cihazları təqdim olunacaq. Biraz əvvəl xəbər verdik ki, bu cihazlardan biri Surface Laptop Studio 2 adlı mobil noutbuku olacaq. Lakin şirkətin təqdimat tədbiri çərçivəsində təqdim edəcəyi yeganə noutbuk modeli bu olmayacaq. Belə ki, internetdə Surface Laptop Go 3 adlı noutbukun keyfiyyətli fotoları və texniki göstəriciləri ortaya çıxıb.
        Ortaya çıxmış fotolara əsasən demək olar ki, Surface Laptop Go 3 xarici görünüşcə hal hazırda aktual olan Surface Laptop Go 2-dən o qədər də fərqlənməyəcək. Məlumatda qeyd edilib ki, təqdim ediləcək yeni noutbuk PixelSense adlı 12.45 düym sensorlu ekranla təchiz olunacaq. Noutbuk Intel-in Alder Lake seriyasına daxil olan 10 nüvəli Core i5-1235U prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 256 GB-lıq SSD-ni birləşdirəcək. Batareya mövzusuna gəldikdə isə Surface Laptop Go 3 noutbuku 5403 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər