Microsoft Surface Laptop Studio 2 noutbukunun fotoları və texniki göstəriciləri ortaya çıxıb

Microsoft Surface Laptop Studio 2 noutbukunun fotoları və texniki göstəriciləri ortaya çıxıb

Texnologiya
15.09.2023 PAYLAŞIM

    Microsoft şirkəti 21 sentyabr tarixində yeni təqdimat tədbiri keçirəcək. Baş tutacaq tədbirdə şirkətin yeni Surface cihazlarını təqdim edəcəyi gözlənilir. Onların arasında Surface Laptop Studio 2 mobil noutbuku da olmalıdır. İndi isə bu noutbukun fotoları və texniki göstəriciləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Surface Laptop Studio 2 noutbuku 2021-ci ildə təqdim edilmiş orjinal Surface Laptop Studio-nun ekranını əldə edəcək. Yəni söhbət, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1600 piksel keyfiyyətli 14.1 düym ekrandan gedir.


    Ekran olduğu kimi qalsa da texniki tərəf olduqca ciddi şəkildə yenilənəcək. Məlumata əsasən Surface Laptop Studio 2 noutbuku Intel-in 14 nüvəli prosessoru vasitəsilə çalışacaq. Bu ya Core i7-13700H ya da Core i7-13800H prosessoru olacaq. Bununla yanaşı noutbuk özündə ya GeForce RTX 4050 Laptop ya da GeForce RTX 4060 Laptop videokartını birləşdirəcək. Məlumatda qeyd edilib ki, Surface Laptop Studio 2-nin 64 GB RAM-a sahib versiyası da olacaq.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×