main-post-cover

    Microsoft tərəfindən Windows 10X-in emulyatoru yayımlandı

    Elm & Texnologiya
    12.02.2020
    Nijat Hamid
            Bilindiyi üzrə Microsoft, Windows 10-un dual ekranda işləyən versiyası Windows 10X üzərində işləyir. Bu ilin sonuna doğru istifadəyə verilməsi planlanan Windows 10X-in tərtibatçılar üçün emulator versiyası yayımlandı. Bu əməliyyat sistemi qatlanan ekranlı dual ekrana malik cihazlar üçün hazırlanır. Standart Windows 10 ilə çox oxşasa da bəzi funksiyaları tamamilə fərqlidir.

    Windows 10X, Start menyusunun ikonunu animasiyasız halda geri gətirir. 

            Start menyusu açıldıqda istifadəçiləri ən son istifadə edilən proqram və faylların göstərildiyi pəncərə qarşılayır. Lakin ən böyük fərq odur ki, Windows 10-da olduğu kimi tətbiqləri pəncərə daxilində açmaq mümkün olmur. Bütün tətbiqlər 2 ekranda göstəriləcək şəkildə açılır. Bundan başqa Desktop adı verilən ekran artıq Windows 10X-da mövcud deyil, əlavə olaraq Fayl Bələdçisi (File Explorer) də yoxdur. 
            Windows 10X-in ən fərqli funksiyalarından biri Wonder Bar-dır. Belə ki, cihaza klaviatura qoşulduğu zaman avtomatik onun üzərində pəncərə açılacaq və orada emojilər, simvollar göstəriləcək. Ayrıca qeyd edək ki, açdığınız hər hansı bir tətbiq də Wonder Bar üzərində görünə biləcək. Məsələn, Netflix-də bir serial izlədiyiniz zaman seriala Wonder Bar pəncərəsi üzərindən baxa biləcəksiniz. 
            Göründüyü kimi Windows 10X əməliyyat sistemi Windows 10-un daha funksiyonal versiyasıdır. Lakin sadəcə görünüşlə bitmir. Həmçinin bu sistemdə win32 tətbiqlərini istifadə etmək üçün virtual maşın da istifadə olunacaq. Windows 10-dan fərqli olaraq bu sistemdə yenilənmələrin daha sürətli edilməsi üçün drayverlər, sistem faylları və şəxsi fayllar bir-birindən ayrı tutulacaq. Bu emulyatorun yayımlanmasının əsas səbəbi şirkətin tərtibatçılara tətbiqlərini optimizasiya etməyə imkan verməyi istəməsidir. Təkrar qeyd edirik ki, bu əməliyyat sistemi bu ilin sonu istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər