main-post-cover

    Microsoft'un ilk qatlana bilən smartfonu Surface Duo (VİDEO)

    Elm & Texnologiya
    03.10.2019
    Farid Pardashunas
        Dünən baş tutmuş təqdimat çərçivəsində Microsoft şirkəti özünün qatlana bilən smartfon modeli Surface Duo-nu təqdim etdi. Xarici görünüşcə cihaz həmin təqdimat zamanı təqdim edilmiş Surface Neo adlı planşet modelini xatırladır. Bu barədə The Verge saytı xəbər verib. Surface Duo barəsində məlumat çox azdır. Məlum olan odur ki, smartfon iki ədəd 5.6 düym ekrana sahibdir.
        Tam açıq vəziyyətdə həmin ekranlar birləşərək böyük 8.3 düym ekran yaradırlar. Hər iki ekran arasında olan şarnir konstruksiyası həmin ekranları 360 dərəcə çevirməyə imkan verir. Şirkət qeyd edib ki, Surface Duo smartfonu Google şirkəti ilə sıx əməkdaşlıq çərçivəsində yaradılıb. Beləliklə bu smartfonun hər iki ekranında rahat çalışmaq üçün Android əməliyyat sistemi xüsusi olaraq optimizasiya edilib. Belə ki, ekranlar həm bir yerdə həm də bir-birindən ayrı şəkildə çalışa bilərlər.
        Məsələn bir ekranda hansısa tətbiqi işə salan zaman digər ekranda tamamilə fərqli tətbiqi işə salmaq olar. Bununla yanaşı smartfonu noutbuk şəklində də istifadə etmək olar. Bu halda ikinci ekran virtual klaviatura funksiyasını yerinə yetirəcək. Məlumata əsasən Surface Duo Snapdragon 855 prosessoru ilə təchiz olunub və Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon ilin sonunda satışa çıxmalıdır. Onun digər texniki göstəriciləri və qiyməti barəsində məlumat daha sonra məlumat verilcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər