main-post-cover

    'Microsoft'un ləğv olunmuş çərçivəsiz ekranlı Lumia modelinin ilk fotoları təqdim edildi

    Elm & Texnologiya
    10.10.2017
    Farid Pardashunas
    Məlum olub ki, “Microsoft” şirkəti, dünyada ilk dəfə çərçivəsiz smartfon istehsal edə bilərdi.
    Şirkət, Windows əməliyyat sisteminin mobil versiyasının dəstəyini dayandırdığı xəbərini verdikdən sonra sözügedən smartfonun ilk fotoları təqdim olundu. Bu cihaz, 2014-cü ildə Lumia 435 adı ilə satışa çıxmalı idi. Lakin 1 il sonra şirkət həmin ada sahib büdcəli smartfonu təqdim etdi.

    Maraqlısı ondadır ki, 2014-cü ildə “Sharp” şirkəti, dünyanın ilk çərçivəsiz ekrana sahib  smartfonu olan Aquos Crystal-ı təqdim etdi. Günümüzdə Lumia 435-i, tamamilə çərçivəsiz ekrana sahib smartfon adlandırmaq qeyri-mümkündür. Lakin 2014-cü ildə bu cür cihaz heç bir şirkət tərəfindən hazırlanmırdı. Sözügedən cihaz, yuxarı və kənar hissələrdən çox nazik çərçivələrə sahib olmalı idi. Qeyri-adi dizayna baxmayaraq onun texniki göstəriciləri, aşağı səviyyədə idi.

    Belə ki, smartfon, 1280x720 piksel keyfiyyətli 5 inç-lik ekran, 2 nüvəli Snapdragon 200 prosessoru, 1 GB RAM, 4 GB daxili yaddaş, 5 MP-lik arxa, ön tərəfdən HD kamera və 1800 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdu. Dizayn baxımından ləğv olunmuş “çərçivəsiz” Lumia 435, həmin illərdəki Lumia seriyasının dizaynı ilə oxşardır. Onun korpusu isə polikarbonatdan hazırlanmışdı. Məlumata əsasən bu model, 200$-dan aşağı qiymətə satılmalı idi. Lakin nəticədə onun nəyə görə ləğv olunması bilinmir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər