
Microsoft-un növbəti Surface məhsullarını nə zaman təqdim edəcəyi məlum olub
Elm & Texnologiya
21.08.2023
Emil
Microsoft şirkəti sentyabr ayında baş tutacaq təqdimat tədbirinə hazırlaşır. Bu səbəbdən də şirkət növbəti təqdimat tədbirinin tarixini anons edib. İnsayderlərin sözlərinə əsasən şirkət baş tutacaq tədbirdə yeni Surface məhsullarını təqdim edəcək. Beləliklə rəsmi məlumata əsasən Microsoft-un yeni təqdimat tədbiri 21 sentyabr tarixində Nyu-Yorkda baş tutacaq. Təqdimat həmçinin şirkətin Youtube kanalında canlı yayım formatında yayımlanacaq. Microsoft-un hansı yeni məhsulları təqdim edəcəyi dəqiq bilinmir. İnsayderlərin sözlərinə əsasən şirkət Surface Go 4, Surface Laptop Go 3, Surface Laptop Studio 2 və Surface Pro 10 adlı cihazlarını təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər