Microsoft Windows 7, 8 və 8.1 sistemləri üçün rəsmi forum və online dəstəyini sonlandırdı

13.06.2018 0 PAYLAŞIM 933 OXUNMA

Windows 10 istifadəyə verildikdən sonra Microsoft Windows 7/8/8.1 sistemlərinin sona çatma tarixlərini vermişdi. Artıq yavaş-yavaş şirkət bu sistemlər ilə əlaqəni kəsib tamamilə Windows 10 üzərinə fokuslanırlar. Bildirilən məlumatlara görə, artıq Microsoft Dəstək Forum'larında Windows 7/8/8.1 ilə bağlı mövzu və problemlərə şirkət personallarından heç kim cavab verməyəcək.

Microsoft bu ayın sonu Windows 7/8/8.1, Microsoft Security Essentials, Internet Explorer 10, Surface Pro, Surface Pro 2, Surface RT, Surface 2, Microsoft Band kimi məhsullar üçün forumlarda texniki dəstək və online dəstəyi sonlandırır.    

Gördüyümüz kimi Microsoft istifadəçilərin yeni məhsullar istifadə etməsi üçün bəzi məcburiyyətlər gətirir. Önümüzdəki 1-2 il ərzində Windows 7/8/8.1 üçün təhlükəsizlik yenilənmələri də tamamilə dayandırılacaq. Şirkət bütün işçi qüvvəsini yeni layihələr və Windows 10 üzərinə toplayır.