
Microsoft öz yeni videoservisini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
Microsoft şirkəti yeni korporativ videoservis Microsoft
Stream-i təqdim edib. Yeni videoservisin sayəsində müəssisə əməkdaşları öz
aralarında videolar paylaşa, onları bəyənə və onlar haqqında fikirlərini bölüşə
bilərlər. YouTube və Vimeo-dən fərqli olaraq Microsoft-un məhsulu ilk öncə daha
çox təhlükəsizlik üzərində qurulub. Microsoft-un vitse-prezidenti James
Phillips-in sözlərinə görə Stream hər bir videonu ilə biznes sənəd kimi idarə
edir. İstifadəçilər və IT administratorlar hər-hansı bir video hüquqları istədikləri
digər şəxslərə ötürə, qruplar yarada və videonun təşkilatdan kənara çıxmaması
üçün ona olan çıxışı məhdudlaşdıra bilərlər. Microsoft Stream artıq pulsuz beta
versiya kimi aktivdir. Servisdə qeydiyyatdan keçmək üçün korporativ elektron
poçtun ünvanı lazım olacaq. Stream artıq fəaliyyətdə olan Office 365 Video
servisi üçün bir əlavədir. Nəticədə şirkət onları birləşdirməyi planlaşdırır. Gələcəkdə
Stream-ə səsin mətnə çevrilməsi, avtomatik tərcümə, canlı yayımlar kimi
funksiyalar əlavə olunacaq.
Paylaş
Bənzər xəbərlər