
"Microsoft"un qara piarı, "Apple"ın buna səssiz qalması! Səbəb nədir?
Elm & Texnologiya
07.05.2017
Farid
Son zamanlarda "Microsoft”un, "Apple”a
qarşı "təzyiqləri” artıb. İndiyədək, bir neçə "Apple" məhsuluna qarşı reklam nümayiş
etdirən "Microsoft", yeni reklamı ilə gündəmə damğa vurub. Elektronik cihaz
istehsalçılarının arasındakı belə rəqabət hər zaman diqqət çəkməyi bacarıb. Bu
reklamlar həm məhsul tanıtımına, həm də rəqib şirkətin bazarda yerini zəiflətməyə
yönəlib. Son dövrlərdə isə "Microsoft" şirkəti "Apple" məhsulları ilə öz istehsalı
olan məhsullar arasında fərqdən bəhs edən reklamlara üstünlük verir. Xatırladaq
ki, bu "Microsoft"un ilk belə reklamı deyil. Bir müddət öncə "Microsoft" bu yolla iPad
Pro məhsuluna qarşı reklam yayımlamış və buna uğurla nail ola bilmişdi. Yeni
reklamında isə Microsoft, yeni məhsulu Surface
Pro 4 ilə "Apple"ın istehsalı olan Macbook-u müqayisə edir. Bu müqayisədə isə
belə desək, "Apple" məhsulu tənqid olunur və hətta "Pişiyinizə papaq olmayacaq qədər
gərəksiz” kimi ifadələr öz əksini tapır. Bu arada reklamda Macbook-un ağır,
yavaş və əl ilə idarə oluna bilməyən ekranının olması diqqətə çatdırılır.
Paylaş
Bənzər xəbərlər