Minecraft: Education ilə şagirdlərlə müəllimlər birlikdə oyun oynayacaq!
Elm & Texnologiya
07.05.2017
Farid
Minecraft’ın yaradıcısı olan Mojang, əldə etdiyi uğur və müsbət fikirlər ilə Minecraft’ı öyrətmək üçün dərs veriləcəyi xəbərini paylaşmışdı. Microsoft’un Mojang ilə birlikdə yaratdığı Minecraft: Education Edition’ın bu yay bazara çıxması gözlənilir. Dərs versiyasının normal Minecraft’tan daha geniş olması gözlənilərkən, məktəblərdə də təhsil məqsədli olaraq istifadəsi hədəflənir. MinecraftEdu programından referans alınaraq hazırlanan bu təhsil versiyası ilk olaraq şagirdlərin yaradıcı yönünü kəşf etmək üçün, daha sonra isə vəziyyətdən asılı olaraq müxtəlif məqsədlər üçün istifadə olunacaq. Şagird və müəllimlərin birlikdə oynayıb istifadə edəcəkləri proqramda müəllimlər, Minecraft dünyasında şagirdlərin harada olduqlarını çox asanlıqla tapa biləcəklər.
40 nəfərə qədər istifadəçi dəstəkləyən serverlərdə 40 şagirdin birlikdə bir obyekt inşa edərkən həm komanda işini öyrənmələri, həm də yaradıcı olmaları hədəflənir. İllik sadəcə 5 dollar qiymətlə satılacaq Minecraft: Education Edition’ın ilk olaraq Şimali Amerikada istifadəyə verilməsi nəzərdə tutulub.

Paylaş
Bənzər xəbərlər