
'MINI' şirkəti, öz ilk elektromobil modelini təqdim etdi (VİDEO)
Elm & Texnologiya
13.09.2017
Emil
“MINI” şirkəti özünün hazırladığı ilk elektromobili təqdim etdi.

Sözgedən elektromobilin konsepti, Frankfurt avtosalonu tədbirində
göstərilib. Prototip, MINI Electric Concept adlanır. Güman olunur ki, avtomobil,
bir dəfə tam şarj olunandan sonra 305 km yol qətt edə biləcək. Elektromobilin
texniki parametrləri barəsində məlumat verilməsə də, çox güman ki, o öz
elektrik mühərrikini, BMW i3-dən götürəcək. MINI Electric Concept, diod işıqlı
optikaya və irəli çıxan qapı dəstəklərinə sahibdir. Xarici görünüşcə isə o,
şirkətin digər avtomobillərinə bənzəyir. Belə ki şirkətin digər modellərində
olduğu kimi elektromobili də ön tərəfdən yumru işıq lampalarına və altıbucaqlı
radiator çərçivəsinə sahibdir. Şirkət bildirib ki, MINI Electric Concept,
2019-cu ildə satışa çıxacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
