main-post-cover

    'Minority Report' filmi reallığa çevrilir: İngiltərə polisi cinayət hadisəsini öncədən təyin edəcək

    Elm & Texnologiya
    28.11.2018
    Farid Pardashunas
        Britaniyanın polis idarəsi süni zəka texnologiyasının iştirakı ilə yeni layihəyə start verib. Bu layihənin əsas məqsədi cinayətkarları və onların qurbanlarını təyin etməkdir. Layihə tərəfindən analiz olunan hadisələrə silah ilə iştirak cinayətləri və insan alveri daxildir. Lakin layihənin əsas məqsədi, ola biləcək potensial cinayət hadisəsinin qarşısını öncədən almaqdır. “Minority Report” filmini xatırladır elə deyilmi? Sözügedən sistem İngiltərənin yerli və milli polis idarəsinin məlumatlar bazası sayəsində çalışır.
        Sistem artıq terabayt həcmli məlumatları əldə edib. Həmin məlumatların arasında baş vermiş cinayət işlərinin hesabatları və şübhə altında olan 5 milyon şəxsin məlumatları var. Bu məlumatlar isə öz növbəsində 1400-ə yaxın göstərici əsasında analiz olunur və analiz olunmuş məlumatlar əsasında cinayət hadisənin təkrar baş verməsi ehtimalı və onun xarakteri təyin olunur. Əgər bu sisteminin testi uğurla başa çatsa, o, İngiltərənin bütün polis idarələrində istifadəyə veriləcək. Lakin buna baxmayaraq polislər cinayətin baş vermədiyi halda hansısa şübhəli şəxsi yaxalamaq hüququna sahib deyillər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər