MIUI 10 yenilənməsi ilə Xiaomi 14 modelə Portret Mod özəlliyini gətirəcək

13.06.2018 0 PAYLAŞIM 1225 OXUNMA

Xiaomi şirkətinin öz modellərində istifadə etdiyi MIUI 10 interfeysini demək olarki, bütün sevərlər gözləyir. Bunun səbəbi yeni interfeys ilə birliktə sisteme Aİ(Süni Zəka) inteqrasiyası, stabillik/performans/batareya təkminləşdirmələri, Android Oreo(8.0) və bir çox funksiyanın gəlməsidir. Ən fərqləndirici cəhət isə artıq tək kameralı modellər də Portret Mod ilə arxası bulanıq şəkillər çəkə biləcək.

MIUI 10 ilə birlikdə 14 Xiaomi modelinə Portret Mod funksiyası gələcək. MIUI 10 Beta olaraq yüklənməyə açıqdı, lakin stabil versiya Sentyabrda təqdim olunacaq.    

  • Mi MIX 2, Mi 5/5s/5s Plus,  Mi Note 2, Mi Max, Mi Max 2
  • Note 4/4X
  • Redmi Note 3, Redmi 4/4X/5    

Google Pixel modellərində olduğu kimi tək kameraya inteqrasiya olunan Aİ(Süni Zəka) hesabına şəkildəki əşya/insan ilə arxa fonu ustaca ayırd edib Bokeh effekti əlavə edəcək. MIUI 10 çıxdıqdan sonra bu listdəki modellərdən başqa modellərə də gəlmək ehtimalı var.