main-post-cover

    Mobil oyunlar üçün nəzərdə tutulmuş ən güclü Android smartfon Razer Phone təqdim olundu

    Elm & Texnologiya
    01.11.2017
    Farid Pardashunas
    “Razer” şirkəti ABŞ-da keçirtdiyi prezentasiya çərçivəsində özünün ilk flaqman modeli olan Razer Phone-nu təqdim etdi.

    Şirkət qeyd edib ki, bu smartfon tamamilə oyunlara nəzərən yaradılıb və buna görə də onda OLED ekran əvəzinə IGZO ekrandan istifadə edilib. Razer Phone müəyyən mənada “Nextbit” şirkətinin köməkliyi ilə yaradılıb. Lakin qeyd etmək laızmdır ki, “Razer” hələ 2016-cı ilin sonunda “Nextbit”i almış və özünün mobil cihazını istehsal etmək üçün bu şirkətə investisiyalar yatırmışdı. Razer Phone-nun texniki göstəricilərinə baxdıqda söyləmək olar ki, bu, indiyənə kimi oyunlar üçün hazırlanmış ən güclü Android smartfondur.

    Onu digər flaqman smartfonlardan ayıran əsas özəllik 2560x1440 piksel keyfiyyətli və 120 GHz tezlikli 5.72 inç IGZO ekrandır. Ekran Corning Gorilla Glass 3 qoruyucu şüşəsi ilə örtülüb. Şirkətin məlumatına əsasən bu cür yüksək tezlikli matrisadan istifadə edərək istifadəçilər daha hamar və realistik gpörüntünü əldə edəcəklər. Nəzərə alsaq ki, hal-hazırda Android üçün olan 3D oyunlar yalnız 60 Hz tezliklə məhdudlaşırlar, bu məsələnin həll olunması üçün “Razer” bir çox oyun studiyaları ilə danışıqlar aparır.

    Qeyd etmək lazımdır ki, Final Fantasy XV, Lineage 2: Revolution, TekkenTitanfall: Assault kimi oyunlar artıq smartfon ekranının 120 GHz tezlikli özəlliyi üçün optimizasiya olunublar və onları Google Play-dən yükləmək mümkündür. Digər texniki göstəricilərinə gəldikdə isə Razer Phone 2.45 GHz tezlikli 8 nüvəli Snapdragon 835 prosessoru, 8 GB RAM, 64 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəkli), 12 MP-lik arxa, 8 MP-lik ön kamera və Quick Charge 4.0+ özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Bundan əlavə olaraq smartfonun kənarında olan yandırıb/söndürmə düyməsi barmaq izi skanına sahibdir. Digər flaqman cihazlardan geri qalmayaraq Razer Phone da USB Typer-C girişi ilə təmin olunub. Smartfon Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Razer Phone bu ayın 17-dən satışa çıxacaq. Lakin artıq indidən şirkətin rəsmi saytından onun ön sifarişini etmək mümkündür. Smartfon 699$ qiymətində satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər