main-post-cover

    Mobil prosessor ekosistemində Qualcomm yenə 1-ci oldu! Samsung Apple-ı keçdi

    Elm & Texnologiya
    17.04.2020
    Nijat Hamid
            Counterpoint Research araşdırma şirkəti tərəfindən yayımlanan statistikaya görə 2019-da smartfon çipsetləri istehsal edən şirkətlər arasındakı satış sıralaması bəlli oldu. Verilən məlumatlara əsasən Snapdragon prosessorları istehsal edən Qualcomm şirkəti yenə bazarda lider oldu. Dünyanın ən nəhəng mobil çipset istehsalçısı olan Qualcomm 2018-ə nəzərən 1.6% kiçilib, lakin yenə də lider ola bilib. Qualcomm-un çipset istehsal bazarında payı 33.4% olub.

    Exynos prosessorlarını istehsal edən Samsung Apple şirkətini keçərək ən böyük 3-cü çipset istehsalçısı oldu!

            Exynos ilə bazarda mövcudluğu qoruyan Samsung 2.2% böyüyərək Apple şirkətini keçib. Həmçinin Kirin prosessorlarını istehsal edən Huawei (HiSilicon) isə 2.5% böyüyərək 2019-da ən çox böyümə əldə edən çipset istehsalçısı oldu. Counterpoint Research şirkətinə görə Samsung Huawei şirkətlərinin böyüməsindəki ən böyük səbəb 5G texnologiyası olub. Hər iki şirkət 5G texnologiyalarını daha çox istifadəçiyə çatdıra bilmək üçün milyardlarla dollar dəyərində Ar-Ge yatırımları edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər