
Mobil rabitə haqqında 5 məşhur mif
Elm & Texnologiya
07.05.2017
Farid
Mobil telefon hamıda var. Lakin bir çox istifadəçilər həqiqətdə olmayan bir çox miflərə inanırlar. Technote.az-ın "Hi-tech.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən Rusiyanın məşhur telekommunikasiya şirkətlərindən biri olan "MegaFon” sorğu keçirdərək mobil rabitə barəsində 5 məşhur mif haqqında danışıb.
Təyyarədə rabitə əlaqəsi yerüstü baza stansiyalarının
hesabına çalışır
Təyyarədə rabitə əlaqəsi yerüstü baza stansiyalarının
hesabına çalışırBu fikirlə sorğuda iştirak edən insanların 60%-i razıdır.
Reallıqda isə hər şey əksinədir. Təyyarinin öz azgüclü baza stansiyası olur. Həmin
baza stansiyası peykdən siqnalları qəbul edərək zəng və SMS-ləri bir növ emal
prosesindən keçirdir. O, 1 kq ağırlığında olur və radioqəbuledicini xatırladır.
Kiçik olmasına baxmayaraq qiyməti çox bahadır. Bundan əlavə olaraq rabitə əlaqəsinin
keyfiyyyətli olması üçün bir çox böyük yaşayış binalarındada yığcam baza
stansiyaları quraşdırılır.
Nəqliyyatda rabitə əlaqəsi hərəkətə görə pisləşir
Nəqliyyatda rabitə əlaqəsi hərəkətə görə pisləşirSorğuda iştirak etmiş insanların yarı hissəsi bu fikirlə
razıdır. Lakin bu fikir müəyyən dərəcədə doğrudur. İnsanlar həmişə hərəkətdə
olurlar. Onlar səhərlər işə gedir, müxtəlif biznes mərkəzlərində şöbədən-şöbəyə
hərəkət edir, axşamlar isə yaşayış məhəllələrində gəzirlər. Lakin rabitə əlaqəsi
hərəkət səbəbindən (ən azı bu cür sürətlə hərəkətdə yox) deyil, insanların
çoxluğundan və həmin ərazilərdə şəbəkəyə yüklənmələrdən pisləşir.
Baza stansiyalarının yaxınlığında yaşamaq təhlükəlidir
Baza stansiyalarının yaxınlığında yaşamaq təhlükəlidirBu mifə inanan 40% insan sözügedən mövzunu internetdə
müzakirə etməyi sevir. Əslində isə baza stansiyasının tikilməsi üçün operator
ilk öncə böyük həcmli sənədlərə sahib olmalıdır. Təhlükəsizlik məsələsi isə
bazanın inşa edilməsinin hər mərhələsində diqqət mərkəzində olur. Həmçinin
smartfon baza stansiyasından nə qədər uzaqda yerləşsə onun özünün şüalanma əks
etdirmə riski böyükdür.
Şimşək vaxtı rabitə əlaqəsi pisləşir
Şimşək vaxtı rabitə əlaqəsi pisləşir30% sorğu istirakçısının fikrincə göydə şimşək çaxan zaman
rabitə əlaqəsi pisləşir. Bu yalnız qismən doğrudur. Güclü külək və leysan bəzən
baza stansiyasını dağıda və ya enerji naqilini yerindən çıxarda bilər. Həmçinin
yağışın yüksək udulması sayəsində diapazon tezliyi pisləşə bilər. Buna
baxmayaraq fikir bir qədər şişirdilib.
Mobil cihazın ekranındakı şəbəkə xəttləri nə qədər çox
olarsa rabitə əlaqəsi bir o qədər yaxşı olar
Mobil cihazın ekranındakı şəbəkə xəttləri nə qədər çox
olarsa rabitə əlaqəsi bir o qədər yaxşı olarSorğuda iştirak etmiş 30% insan buna hələ də inanır. Lakin həmin
xəttlərin sayı yaxınlıqdakı baza stansiyasının siqnal səviyyəsini göstərir.
Rabitə əlaqəsinin keyfiyyəti və ona edilən yüklənmələr isə nəzərə alınmır. Beləliklə
Yeni il bayramında əgər siz insanların çox olduğu yolkanın yaxınlığında kiməsə
zəng etmək istəsəz çox böyük ehtimal ilə zəng şəxsə çatmayacaq. Hətda baza
stansiyası yaxın ərazidə yerləşsə belə.
Paylaş
Bənzər xəbərlər