
Moto G5 Plus-ın ilk texniki göstəriciləri və fotoları sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Moto G5 Plus-ın xüsusiyyətləri təqdim olunub.
Mobile World Congress (MWC) sərgisinin başlamasına az müddət qalmış,
sızıntılar sürətli şəkildə davam edir. Sızıntıların bugünkü hədəfi "Motorola”nın Moto G5 Plus modeli oldu və bir çox xüsusiyyətləri ortaya çıxdı. Reddit-də
ortaya çıxan qeydlərdəki iddialara görə, Google+ sosial şəbəkəsində Moto G4 qruplaşmasına üzv olan biri, Moto G5 Plus-ı ələ keçirməyi bacarıb. Lakin cihaz
haqqında tam məlumat verməməyi seçmiş kimi görünür. Şəkillərdə gördüyünüz
cihazın da Moto G5 Plus-a aid olduğu iddia edilir. Sızıntıların mənbəyi Google+
oldu! Sözügedən adam, cihazda Fm Radio ilə rəqəmsal TV kimi xüsusiyyətlərin
olduğunu və cihazın artıq nano-SIM istifadə edəcəyini bildirib.
Əlavə olaraq smartfonun, 5.2 inç ekrana, 12 MP-lik "Rapid Focus” kameraya,
barmaq izi skanına, NFC dəstəyinə və son olaraq da TurboPower dəstəkli 3.000
mAh enerji tutumlu batareyaya sahib olacağıda iddialar arasında yer alır. "Motorola” hansı səbəbə
görə G5 Plus modelində 5.5 inç ekrandan istifadə etməyib? Bunun səbəbi əslində
çox sadədir. Çünki firmanın bir digər cihazı Moto Z Play, Moto G5 Plus ilə eyni
xüsusiyyətlərə malik olub və 5.5 inç ekran ilə bazara çıxacaq. Təbii olaraq da "Motorola”nın
birəbir eyni xüsusiyyətlərə sahib iki fərqli telefonu bazara çıxarması məntiqli
olmayacaqdı. Çünki firma bu vəziyyətdə öz-özü ilə bir rəqabətin içinə girəcək və
zərərə uğrayacaqdı. Bu vəziyyətin qarşısını almaq üçün də ekran ölçülərində dəyişiklik
edilib.
Paylaş
Bənzər xəbərlər