main-post-cover

    Moto X4-ün texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    04.07.2017
    Farid Pardashunas

    Moto Z seriyasını təqdim etməsinə baxmayaraq “Lenovo” şirkəti, Moto X seriyasından imtina etmədi.

    Və uzun müddətli səssizlikdən sonra bu seriyanın yeni modelini satışa çıxartmağı qərarlaşdırdı. Söhbət, Moto X4 modelindən gedir. Bu ilin May ayında sözügedən smartfon bağlı qapılar arxasında keçirilmiş prezentasiya çərçivəsində təqdim edilmişdi. Məşhur insayder Evan Blass-ın səyləri nəticəsində isə bu cihazın texniki göstəriciləri haqqında bəzi məlumatlar əldə olunmuşdur. Məlum olub ki, bu smartfon haqqında paylaşılmış əvvəlki məlumatlar bir qədər düzgün olmayıb. Belə ki, Qualcomm Snapdragon 660-ın yerinə smartfon, 8 nüvəli və 2.2 GHz tezlikli Snapdragon 630 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq Moto X4, 4 GB RAM və 64 GB daxili yaddaşa da (microSD dəstəkli) sahib olacaq. Məlumatlara əsasən smartfon, alüminium korpusdan ibarət olacaq. Çox güman ki, söhbət yalnız çərçivədən gdir. Belə ki, smartfonun arxa paneli 3D şüşədən ibarətdir. Moto X4, biri 12 MP, digəri isə 8 MP olmaqla ikili arxa kamera ilə təchiz olunub. Onun ön kamerası isə 16 MP-dir. Batareya həcmi isə 3000 mAh təşkil edəcək. Smartfon, IP68 standartı üzrə sudan və tozdan qorunmaya sahibdir. Əvvəlki məlumatlara əsasən Moto X4, İyun ayının sonunda satışa çıxmalı idi. Lakin bu belə olmadı. Sonuncu məlumatlara əsasən isə smartfon bu ilin 4-cü rübündə satışa çıxacaq. Onun qiyməti barəsində məlumatlar isə hələki yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər