main-post-cover

    Moto Z4 Play smartfonunun texniki göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    05.02.2019
    Emil Nəcəfov
        91mobiles saytı Moto Z4 Play smartfonunun texniki göstərici məlumatlarını təqdim edib. Beləliklə smartfon 6.22 düym AMOLED ekrana sahib olacaq və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Əsas texniki göstəricilər baxımından Moto Z4 Play smartfonu Snapdragon 675 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP-lik arxa kamera (Q Technology’s S5KGM1SP markalı kamera modulu) və 3600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Moto Z4 Play smartfonu bu ilin birinci yarısında təqdim edilməlidir. Onu da qeyd etmək lazımdır ki, şirkət hal hazırda Moto G7 seriyasının təqdimatına hazırlaşır və təqdimat 7 fevral tarixində baş tutacaq.

    Linki kopyala