
"Motorola", "ağıllı" saat istehsalı ilə bağlı vacib qərar qəbul etdi
Elm & Texnologiya
07.05.2017
Farid
"Lenovo” şirkətinin bir şöbəsi olmuş "Motorola” yaxın gələcəkdə yeni "ağıllı” saat istehsalı planından vaz keçib.
Bu barədə "Motorola” məhsullarının
hazırlanması üzrə direktoru Shakil Barkat, Çikaqodakı tədbir çərçivəsində qeyd
edib. "Technote.az”ın "TechCrunch”a istinadən verdiyi xəbərə əsasən Barkat
bildirib ki, bazar hal-hazırda yeni "ağıllı” saatlara ehtiyac duymur. Bununla
yanaşı o qeyd edib ki, sözügedən saatlara müəyyən müddətdən sonra tələbat ola
bilər. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Qeyd etmək lazımdır ki, "Motorola”nın
siyahısında, Android Wear əsasında hazırlanmış iki model Moto 360 "ağıllı”
saatları vardır. "Google" şirkəti hal-hazırda Android Wear 2.0 üzərində çalışır.
Onun təqdimatı 2017-ci ilin əvvəlində gözlənilir.
Paylaş
Bənzər xəbərlər