main-post-cover

    Motorola brendi növbəti Motorola RAZR smartfonunun patentini aldı

    Elm & Texnologiya
    25.11.2019
    Emil Nəcəfov
        Qatlana bilən yeni Motorola RAZR smartfon modelinin təqdimatından bir neçə gün sonra internetdə sözügedən smartfonun növbəti versiyası barəsində ilkin məlumatlar ortaya çıxdı. Motorola brendi bu barədə artıq intellektual mülkiyyət üzrə ümumdünya təşkilata patent sorğusunu göndərib. Həmin patent sorğusu isə növbəti Motorola RAZR modelinin əsas dizayn özəlliklərini ortaya çıxardıb. Bu barədə Gizchina saytı xəbər verib.
        Beləliklə patent sorğusuna əsasən növbəti Motorola RAZR modelinin təkcə ekranı deyil həmçinin kənarları da sensorlu olacaq. Smartfon kənarlarına 20 müxtəlif jesti təyin edə bilən ötürücülər yerləşdiriləcək. Bunun vasitəsilə istifadəçi hətta smartfonun bağlı olması halında da ondan istifadə edə biləcək. Barmaq izi skanı texnologiyası isə smartfonun ekranına inteqrasiya ediləcək.
        Növbəti smartfonun texniki göstəriciləri barəsində məlumat verilməyib. Lakin gözləntilərə əsasən növbəti model yeni Motorola RAZR modelindən fərqli olaraq daha yüksək texniki özəlliklərə sahib olacaq. Qeyd etmək lazımdır ki, bir müddət bundan öncə təqdim edilmiş Motorola RAZR modeli Snapdragon 710 prosessoru və 6 GB RAM ilə təchiz olunur. Növbəti Motorola RAZR-ın nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində də bir məlumat yoxdur. 
    Linki kopyala