
Motorola dünyanın ilk 5G texnologiyalı smartfonu olan Moto Z3'ü təqdim etdi
Elm & Texnologiya
03.08.2018
Emil
Motorola özünün yeni flaqman modeli olan Moto Z3-ü təqdim
etdi. Smartfon bu ayın sonunda ABŞ bazarında satışa çıxacaq. Onun digər
bazarlarda nə zaman satışa çıxacağı barəsində isə heç bir məlumat yoxdur. Moto
Z3 bəlkə də dünyanın ilk 5G texnologiyalı smartfon modeli olacaq. Belə ki,
sözügedən smartfon gələn il Verizon mobil operatorunun 5G texnologiyasına
keçidi ilə birlikdə 5G texnologiyasına kimi yenilənəcək. Moto Z3 şüşədən
hazırlanmış korpus və maksimal dərəcədə nazik çərçivələrə sahib 6 inç AMOLED
ekranla təchiz olunub.
Bununla yanaşı smartfon ikili arxa kamera və səsin tənzim
olunması düymələrinin alt hissəsində barmaq izi skanı texnologiyasına sahibdir. Bundan əlavə
olaraq arxa paneldə əvvəlki modulları dəstəkləyən Moto Mods girişi və Qualcomm
şirkətinin yeni 5G modemi yerləşir. Bununla belə Moto Z3-ü 2017-ci ilin
smartfonu adlandırmaq olar. Belə ki, o, Snapdragon 835 prosessoru, 4 GB RAM, 64
GB daxili yaddaş, 12 MP + 12 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 3000
mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hal hazırda smartfon Android
Oreo əməliyyat sistemi vasitəsilə çalışsa da yaxın zamanda Android P-ə kimi
yenilənəcək. Smartfon ABŞ-da 480$
qiymətinə satılacaq.
Paylaş
Bənzər xəbərlər