main-post-cover

    Motorola Edge smartfonunun real fotoları və texniki özəllikləri ortaya çıxdı

    Elm & Texnologiya
    16.03.2020
    Farid Pardashunas
        Biz artıq dəfələrlə xəbər vermişik ki, Motorola şirkəti bu il Motorola Edge adlı yeni flaqman smartfon seriyasını təqdim edəcək. İndi isə internetdə sözügedən smartfon seriyasına daxil olacaq modellərdən birinin real fotoları və texniki özəllikləri ortaya çıxıb. Bu barədə XDA-Developers saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən adi Motorola Edge modeli xarici görünüşcə Motorol Edge+ modelinə bənzəyəcək.
        Sözügedən model kənarları əyilmiş böyük ölçülü ekran əldə edəcək və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Bununla yanaşı ekran 90 Hz-lik təsvir yenilənməsini də dəstəkləyəcək. Əsas texniki özəlliklərə gəlidikdə isə Motorola Edge modeli Snapdragon 765 prosessoru, 5G modem, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP + 16 MP + 8 MP üçlü arxa kamera, 25 MP-lik ön kamera və sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Smartfon həmçinin USB-C girişini, 3.5 mm-lik audiogirişi özündə birləşdirəcək və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq. Qeyd etmək lazımdır ki, Motorola Edge və Edge+ smartfonları fevral ayının sonunda MWC 2020 sərgisində təqdim olunacaqdı. Lakin koronavirus səbəbilə sözügedən sərgi ləğv edildi. Smartfonların yeni təqdimat tarixləri barəsində heç bir məumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər