main-post-cover

    Motorola Edge+ flaqman smartfon modelinin ilk render fotosu təqdim olundu

    Elm & Texnologiya
    25.01.2020
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə biz xəbər vermişdik ki, Motorola şirkəti Edge+ adlı flaqman smartfon modeli üzərində çalışır. İndi isə internetdə sözügedən smartfonun ilk render fotosu ortaya çıxıb. Render fotonu isə məşhur insayder Evan Blass təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, Motorola Edge+ smartfonu genişformatlı ekran əldə edəcək. Ekranın aşağı hissəsində bir qədər qalın çərçivə, ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşəcək.
        Bundan əlavə olaraq smartfonun komplektində stilus da olacaq. Sonuncu dəfə şirkət buna bənzər cihazı hələ Windows Mobile vaxtlarında satışa çıxartmışdı. Son məlumatlara əsasən Motorola Edge+ modeli Moto brendinin yeni flaqman smartfonu olacaq. Gözləntilərə əsasən bu smartfon Snapdragon 865 prosessoru və 5G şəbəkə dəstəkli modem ilə təchiz olunacaq. Smartfonun təqdimat tarixi barəsində bir məlumat yoxdur. Lakin çox güman ki, onu bu ilin birinci yarısında təqdim edəcəklər.
    Linki kopyala