main-post-cover

    Motorola Edge+ flaqman smartfonunun render fotoları təqdim olundu

    Elm & Texnologiya
    06.03.2020
    Farid Pardashunas
        OnLeaks ləqəbli məşhur insayder Pricebaba saytı ilə birlikdə Motorola Edge+ flaqman smartfon modelinin keyfiyyətli render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata və təqdim edilmiş render fotolara əsasən smartfon ya 6.5 düym ya da 6.8 düym ölçüdə kənarları əyilmiş ekran əldə edəcək. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş çox kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə üçlü arxa kamera, işıqlandırma sistemi yerləşəcək. Bundan əlavə olaraq arxa paneldə olacaq şirkət loqosunun ətrafında bildirişlər indikatoru olacaq. Smartfon gövdəsində barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, çox güman ki, onu ekrana inteqrasiya edəcəklər.
        Son məlumat sızıntılarına əsasən Motorola Edge+ flaqman smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli OLED ekran, Snapdragon 865 prosessoru, 5G modem, 8/12 GB RAM və sürətli şarj texnologiyalı 5169 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun bir sıra faydalı funksiyalara sahib təmiz Android 10 əməliyyat sistemi ilə çalışacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Motorola Edge+ smartfonu adi Motorola Edge modeli ilə birlikdə MWC 2020 sərgisində təqdim olunmalı idi. Lakin koronavirus səbəbilə sözügedən sərgi ləğv olundu. Smartfonun yeni təqdimat tarixi barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər