main-post-cover

    Motorola əyilə bilən smartfonun patentini alıb

    Elm & Texnologiya
    11.05.2018
    Farid Pardashunas
    Məlum olub ki, Motorola Mobility 2016-cı ildən bəri əyilə bilən smartfon üzərində çalışır. Bu barədə Slashgear saytı xəbər verib. Məhz həmin vaxtda şirkət həmin smartfon üçün patent sorğusu göndərmişdi. Lakin onun haqqında yalnız indi məlum olub. Maraqlısı ondadır ki, Motorola mühəndisləri həmçinin bu cür smartfon üçün xüsusi funksionallığa sahib keys də hazırlayıblar. Motorola-nın elastiki smartfonu böyük ekrana sahibdir.

    Bu isə o deməkdir ki, tam açılmış formada ondan həmdə planşet kimi də istifadə etmək olar. Əyilmiş şəkildə isə o, standart smartfona bənzəyir. Lakin bir fərq ondan ibarətdir ki, əyilmiş formada onun ön və arxa panelində də ekran olur. Bu smartfon üçün yaradılmış xüsusi keys təkcə onu ətraf zədələnmələrdən qorumur. O həmdə smartfon üçün naqilsiz şarj cihazı və hansısa səthin üstünə qoymaq üçün dayaq qismində çıxış edir. Qeyd etmək lazımdır ki, Motorola brendinə sahib olan Lenovo şirkəti hələ 2016-cı ildə əyilə bilən smartfon və planşet prototiplərini təqdim etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər