main-post-cover

    Motorola Moto X4-ün fotoşəkilləri sızdırıldı

    Elm & Texnologiya
    22.08.2017
    Orxan Jafarli
    Artıq həyatımızın böyük bir parçası halına gələn sızıntıların mərkəz nöqtəsində bu dəfə Motorola Moto X4 modeli var. Cihazın fotoşəkilləri pərakəndə satıcı tərəfindən sızdırıldı.
    Keçdiyimiz həftələrdə internetdə gəzən xəbərlər, Motorolanın 24 avqust tarixində bir fəaliyyət təşkil edəcəyini  və bu fəaliyyətdə də Moto X4 modelini təqdim edəcəyini ortaya çıxarmışdı.
    Bu gün sızdırılan fotoşəkillərlə  yanaşı Motorola Moto X4 dizaynı ilə əlaqədar əhəmiyyətli məlumatları bizə təqdim etdi. Çünki İrandan bir satıcı cihazın həm ön tərəfini həm də arxa tərəfinin fotoşəkillərini çəkərək internetdə yaymağı bacardı.
    Vizuallarda, cihazın texniki xüsusiyyətlərinin yazıldığını da ifadə etmək lazımdır. Bu vizuallar əgər həqiqətdirsə Moto X4; 5.2 inçlik Full HD ekran, Snapdragon 630 prosessor, Adreno 508 qrafik interfeysi, 12 MP8 MP-lik arxa kamera, 16 MP-lik selfie kamerası və 3.000 mAh-lık batareya ilə satışa təqdim ediləcək.
    Son olaraq, cihazın sürətli şarj qabiliyyətinə malik olduğunu və IP68 sertifikatı əldə edə biləcəyini unutmayın. Qeyd edək ki, bu məlumatı yekunlaşdırmaq üçün 24 avqustda tədbirin keçirilməsini gözləməməliyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər