
Motorola RAZR geri qayıdır? Şirkət əyilə bilən smartfonun patentini aldı
Elm & Texnologiya
23.08.2018
Emil
Motorola şirkəti əyilə bilən
smartfon modelinin patentini əldə edib. Patentdə smartfonun adı hallanmasa da
bir çoxlarının fikrincə söhbət, vaxtı ikən məşhur olmuş Motorola RAZR modelinin
yeni versiyasından gedir. Patentdəki fotolardan da görmək olar ki, Motorola-nın
yeni smartfonundakı ekran hissəsi ön paneli tamamilə əhatə edir və bununla
yanaşı tən ortadan bükülə biləcək. Bükülmə prosesi isə smartfonun ortasında
yerləşən xüsusi elastiki material və ya şarnirlər vasitəsilə reallaşdırılır.
Smartfonun arxa panelində isə kameralar, barmaq izi skanı və səsgücləndirici
üçün nəzərdə tutulmuş çərçivə yerləşir. Smartfonun adı, təqdimat və satış
tarixləri, texniki göstəriciləri barəsində isə heç bir məlumat yoxdur. Patentdəki
smartfonun nəticə etibarilə istehsal olunacağı hələki bilinmir. Lakin yaxın
zaman ərzində əyilə bilən Galaxy F modelinin təqdimatını nəzərə alsaq, Motorola
şirkətinin də bu cür smartfonunun uğur qazanma şansı çox yüksəkdir.
Paylaş
Bənzər xəbərlər