main-post-cover

    Motorola şirkəti 4 ədəd Moto G7 smartfon modeli təqdim etdi

    Elm & Texnologiya
    08.02.2019
    Farid Pardashunas
        Motorola Mobility şirkəti Braziliyada yeni orta büdcəli Moto G7 smartfon seriyasını təqdim etdi. Sözügedən yeni smartfon seriyasına müxtəlif texniki göstəricilərə sahib 4 ədəd smartfon modeli daxil olub: G7, G7 Plus, G7 Play G7 Power.
        Beləliklə adi Moto G7 modeli 2270x1080 piksel keyfiyyətli 6.2 düym IPS ekrana sahibdir və ekran üzərində V şəkilli çıxıntı hissə yerləşir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 632 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 12 MP + 5 MP ikili arxa kamera, 8 MP-lik ön kamera, TurboPower sürətli enerji yığma texnologiyalı 3000 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

        Moto G7 Plus modeli 2270x1080 piksel keyfiyyətli 6.24 düym IPS ekran (ekran üzərində V şəkilli çıxıntı hissəli), 8 nüvəli Snapdragon 636 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 16 MP + 5 MP ikili arxa kamera, 12 MP-lik ön kamera, TurboPower sürətli enerji yığma texnologiyalı 3000 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

        Yeni smartfon seriyasının ən büdcəli versiyası olan G7 Play modeli 1512x720 piksel keyfiyyətli 5.7 düym IPS ekran (ekran üzərində adi çıxıntı hissəli), Snapdragon 632 prosessoru, 2 GB RAM, 32 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera, 3000 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

        Adından da bəlli olduğu kimi yeni smartfon seriyasında ən böyük batareya həcminə sahib olan Moto G7 Power modeli 2270x1080 piksel keyfiyyətli 6.2 düym IPS ekran (ekran üzərində adi çıxıntı hissəli), Snapdragon 632 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 12 MP-lik arxa kamera, 8 MP-lik ön kamera, TurboPower sürətli enerji yığma texnologiyalı 5000 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

        Hər 4 smartfon modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Sözügedən smartfonlar bu ilin yaz fəslində ABŞ bazarında satışa çıxacaqlar. Adi Moto G7 modeli 300$-a, Moto G7 Plus modeli 340$-a, Moto G7 Play modeli 200$-a, Moto G7 Power modeli isə 250$-a satılacaq. Smartfonların qlobal bazarda satış tarixləri isə daha sonra açıqlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər