Logo
    main-post-cover

    MSI 170 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib

        MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor MSI G32CQ5P adını əldə edib. Beləliklə MSI G32CQ5P 170 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 31.5 düym VA ekran ilə təchiz olunub. Ekranın özü bir qədər əyilmiş dizaynda reallaşdırılıb. Sözügedən monitor özündə HDR Adaptive-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Bununla yanaşı ekran DCI-P3 rəng diapazonunun 91%-ni, sRGB rəng diapazonunun isə 115%-ni əhatə edir. Monitor bir ədəd DisplayPort 1.2a girişinə, iki ədəd HDMI 2.0b girişinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. MSI G32CQ5P monitorunun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində hələ heç bir məlumat verilməyib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MSI 170 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib | Technote