
MSI MAG 275CQRF-QD adlı yeni gaming monitoru təqdim edilib
Elm & Texnologiya
08.06.2023
Emil
MSI şirkəti MAG 275CQRF-QD adlı yeni gaming monitorunu təqdim edib. Sözügedən yeni gaming monitoru əyilmiş dizaynı, yüksək təsvir yenilənməsi və çoxlu sayda interfeys dəstəyi ilə seçilir. Beləliklə MSI MAG 275CQRF-QD monitoru 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Bununla yanaşı təsvir yenilənməsinin sürətləndirilməsi rejimində təsvir yenilənməsinin göstəricisi 144 Hz-dən 170 Hz-ə yüksəlir. Monitor özündə HDMI 2.0b, DisplayPort 1.2a, USB 2.0 Type-C, USB 2.0 Type-B, USB Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. MSI MAG 275CQRF-QD gaming monitorunun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat daha sonra veriləcək.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
