
Müdirin yaxınlaşdığını xəbər verən tətbiq yaradılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Yaponiyalı proqramçı Hiroki Nakayama Boss Sensor adlı tətbiq yaradıb.
Bu tətbiq tənbəl işçiləri, müdirin
qəzəbindən qoruyacaq. Belə ki, müdir iş masasına yaxınlaşan zaman tətbiq bunu
aşkar edəcək və işçinin kompüterinin ana səhifəsindəki lazımsız pəncərələri
bağlayacaq. Tətbiq, veb kamera vasitəsilə məlumatları əldə edərək ofis
şəraitini incələyir. Kompüterə kimsə yaxınlaşan zaman fotonun tanınması sistemi
işə düşür. Yəni Boss Sensor müdirin üzünü tanımağa çalışır. Tətbiq neyron
şəbəkəsi üzərində qurulub. Həmin neyron şəbəkəni öyrədən zaman proqramçı öz
müdirinin bir çox fotolarını müxtəlif sosial şəbəkələrdən götürüb və artıq
detalları aradan qaldıran ImageMagick alqoritmindən istifadə edib. Müdirin üzünün
tam ərazini tutduğu redaktə edilmiş fotoları, Nakayama öz neyron şəbəkəsinin
öyrədilməsində istifadə edib. Bundan sonra tətbiq, müdiri 6-7 m uzaqlıqdan
tanıya bilib. Lazımsız pəncərələrin gizlədilməsindən sonra proqramçı hansısa bir
layihənin olduğu pəncərəni açaraq müdirinin yaxınlaşmasına 4-5 saniyə qalmış
kompüterdəki ana səhifəni qaydasına salıb.
Paylaş
Bənzər xəbərlər