main-post-cover

    Müharibədə yeni mərhələ: ABŞ ordusu hərbi ekzoskeleti sınaqdan keçirtdi (VİDEO)

    Elm & Texnologiya
    28.05.2018
    Farid Pardashunas
        ABŞ ordusu döyüş ekzoskeletinin sınaqlarını keçirdib. Əldə olan məlumatlara əsasən Lockheed Martin şirkəti tərəfindən hazırlanmış bu döyüş ekzoskeleti ONYX adlanır. Güman olunur ki, bu yeni texnoloji cihaz sayəsində hərbçilər daha çox məsafə qətt edə biləcəklər. ONYX ekzoskeletinin ağırlığı 6.4 kq-dır və o, 8-16 saat çalışa bilir. Ekzoskelet özü avtomatik olaraq insanın hərəkətlərinə adaptasiya olunur və insanın hansı çəki ilə hansı növ ərazidə hərəkət etdiyini təyin edə bilir. Bununla yanaşı sözügedən cihaz hündür yerlərdən düşmə və ya hündür yerlərə qalxma zamanı da istifadəçini əlavə dayaq köməyi ilə təmin edir. Görünür, artıq fantastik filmlərdə rastlaşdığımız hərbi ekzoskeletlər getdikcə reallığa çevrilir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər