main-post-cover

    Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayıblar (VİDEO)

    Elm & Texnologiya
    04.04.2021
    Farid Pardashunas
        Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını yaradıblar. Qəbuledici anten rolunda çıxış edən cihazın ölçüsü oyun kartı ölçüsündədir və havadan enerjini yığaraq onunla müxtəlif ötürücüləri təmin etməyə qadirdir. Söhbət, 5G əhatəsi sahəsində olan zaman elektromaqnit enerjisini yığa bilən antendən gedir. Oyun kartı ölçüsündə olan bu cihazı 3D printerdə çap etmək mümkündür. Onun vasitəsilə generasiya edilən enerji isə böyük olmayan IoT (Internet of Things) cihazların şarj olunması üçün kifayət edir. Hal hazırda IoT cihazların çalışmaları üçün onların batareyalara sahib olmaları şərtdir. Bu isə onların ölçülərinin böyük olmasına gətirib çıxardır.
        Yaradılmış yeni texnologiya isə Rotman linzasına əsaslanır. Rotman linzası əsasən radiolokasiya izlənməsi sistemlərində istifadə olunur. Lakin mühəndislər onun əsasında enerji yığımı ilə məşğul olan sistem yarada biliblər. Bununla belə proses çərçivəsində enerjinin hansı istiqamətdən yığılmasının heç bir önəmi yoxdur. Yaradılmış prototip 5G şəbəkə mənbəyindən 180 metr məsafədə 6 mikrovatt enerji yığa bilir. Bu cür enerji bir sıra ötürücünün çalışması üçün kifayət edir. Bu halda həmin ötürücülərin batareya ilə təchiz olunmalarına ehtiyac qalmır. Bundan əlavə olaraq yaradılmış anten hətta qatlanmış vəziyyətdə də çalışır. Bu isə onun daşınıla bilən cihazlara inteqrasiya olunması perspektivini ortaya qoyur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər