Mühəndislər fiber optik üzərindən məlumatların saniyədə 319 Tbit sürətlə ötürülməsinə nail olublar

Mühəndislər fiber optik üzərindən məlumatların saniyədə 319 Tbit sürətlə ötürülməsinə nail olublar

Texnologiya
16.07.2021 PAYLAŞIM

    Yaponiyalı mühəndislər fiber optik naqillər vasitəsilə məlumatların saniyədə 319 Tbit (terabit) sürətlə ötürülməsinə nail ola biliblər. Bu yeni dünya rekordu 3000 km uzunluğa sahib fiber optik sistem üzərində əldə olunub. Beləliklə əldə edilmiş yeni dünya rekordu əvvəlkindən 2 dəfə böyükdür. Belə ki, hələ keçən il mühəndislər məlumatların saniyədə 178 Tbit sürətlə ötürülməsinə nail olmuşdular. Bununla belə NASA agentlyii məlumatları saniyədə 400 Gbit sürətlə ötürür. Məlumdur ki, Yaponiyanın, Yeni Zelandiyanın və ABŞ-ın bəzi regionlarında ev internetinin maksimal sürəti saniyədə 10 Gbit təşkil edir.

    Yaponiyalı mühəndislər mövcud olan fiber optik infrastrukturun təkmilləşdirilməsi və siqnalların ötürülməsi üzrə yeni texnologiyanın istifadəsi hesabına bu cür yeni dünya rekorduna imza atıblar. Mühəndislər bir qəlibli naqillərin əvəzinə 4 qəlibdən ibarət naqillərdən istifadə ediblər və hər bir siqnalı eyni anda ötürülən bir neçə dalğa uzunluqlarına ayırıblar. Məlumatların standart ötürülməsi üsulunda yalnız bir qəlibdən istifadə edilir. Lakin mühəndislərin istifadə etdikləri yeni üsulda 4 qəlib eyni anda işə düşüb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..

×