main-post-cover

    Münasib qiymətə və əla göstəricilərə sahib Redmi S2-nin foto və məlumatları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2018
    Emil Nəcəfov
    Xiaomi şirkəti özünün Redmi S2 adlı yeni smartfon modelinin təqdimatını 10 May tarixində keçirdəcək. Sözügedən smartfon yeni Redmi S seriyasına start verəcək. Təqdimatdan bir neçə gün öncə isə AliExpress saytında smartfonun qlobal versiyasının bütün özəllikləri barəsində məlumatlar və fotolar əks olunub. Fotolardan da görmək olar ki, Redmi S2-nin arxa paneli Mi 6X modelinə bənzəyir. Xiaomi Redmi S2-nin arxa panelində şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera və barmaq izi skanı texnologiyası yerləşir.

    Smartfon 18:9 nisbətində HD+ keyfiyyətli 5.99 inç IPS LCD ekran, Snapdragon 625 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (digər variantlar da olacaq) və 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameralara gəldikdə isə Redmi S2 12 MP + 5 MP ikili arxa kamera və LED işıqlandırma sisteminə sahib 16 MP-lik ön kamera ilə təchiz olunacaq. Yüksək keyfiyyətli fotoların alınmasında kameralara inteqrasiya olunmuş süni zəka texnologiyası yardım edəcək. Belə ki, süni zəka texnologiyası çəkimdən öncə və sonra əldə olunmuş kadrı emal edəcək. Məlumata əsasən seçilmiş texniki özəlliklərdən asılı olaraq Xiaomi Redmi S2-nin qiyməti 159-187$ təşkil edəcək.

    Linki kopyala