
Mütəxəssislər adi smartfonu kosmik 4G LTE şəbəkəsinə qoşa biliblər
Elm & Texnologiya
22.06.2023
Emil
ABŞ-ın kosmik mobil şəbəkə xidmətləri sahəsində fəaliyyət göstərən AST SpaceMobile şirkəti aşağı orbitdə yerləşən peykdən 4G LTE siqnalını uğurlu şəkildə adi smartfona ötürdüyünü elan edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Elon Musk-ın Starlink peyk interneti çərçivəsində peyk interneti siqnalının əldə edilməsi üçün xüsusi antenlərə sahib olmaq lazımdır. AST SpaceMobile şirkətinin texnologiyasının testləri Havay adalarında aparılıb.
Test çərçivəsində şirkət mühəndisləri heç bir təkmilləşdirməyə məruz qalmamış adi smartfonlardan AT&T mobil operatorunun mobil şəbəkəsindən və Nokia RAN texnologiyasından istifadə ediblər. Məlumatda qeyd edilib ki, aparılmış testlər zamanı məlumatların saniyədə 10.3 Mbit sürətlə ötürülməsi mümkün olub. Bununla yanaşı mühəndislər problemsiz şəkildə telefon zənglərini reallaşdıra biliblər. AST SpaceMobile şirkətinin CEO-su Abel Avellan-ın sözlərinə əsasən bu, telekommunikasiya tarixində vacib bir andır və o bizləri mobil şəbəkənin zəif olduğu və ya ümumiyyətlə mövcud olmadığı regionlarda genişzolaqlı internetə çıxışı mümkün edəcək zamana yaxınlaşdırır.
Paylaş
Bənzər xəbərlər