main-post-cover

    Mütəxəssislər Android'i 2 dəqiqəyə hack etmək üsulunu tapıblar

    Elm & Texnologiya
    07.05.2018
    Farid Pardashunas
    VUSec tədqiqat qrupunun mütəxəssisləri Android sistemi əsasında çalışan smartfonların yeni hack olunma üsulu barəsində məlumat veriblər. Yeni üsulda Android platformasını 2 dəqiqəyə hack etmək imkanını verən yeni texnologiya GLitch adlanır. Sözügedən texnologiya üzrə təcrübə 3 ədəd müxtəlif brend smartfonlar üzərində aparılıb. Məlum olub ki, kiberhücumu Rowhammer proqram təminatındakı boşluq sayəsində etmək mümkündür. Həmin boşluq smartfonu brauzer və JavaScript proqramlaşdırma dili vasitəsilə hack etməyə imkan verir.
    Zərərli kod sayəsində smartfonun bütün mikroarxitekturası zədələnir və beləliklə hackerlər smartfonda olan bütün məlumatları əldə edə bilirlər. Bununla belə bu prosesi etmək üçün mütəxəssislərə 2 dəqiqə vaxt lazım olub. Bu ilin Mart ayında mütəxəssislər Android sistemi üzərində çalışan 45 smartfonda istifadəçi məlumatlarını kənar serverlərə göndərən və cihazlara casus tətbiqlərini yükləyən viruslar aşkar etmişdilər. 1 aydan sonra isə mütəxəssislər bütün məşhur messencerlərdən istifadəçi məlumatlarını oğurlayan virus haqqında məlumat vermişdilər. Bununla belə həmin virus heç bir antivirus tərəfindən tapıla bilmirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər