Mütəxəssislər Apple şirkətini artıq innovasiyalı hesab etmirlər
Elm & Texnologiya
16.07.2018
Farid Pardashunas
Apple şirkəti sözün əsl mənasında məşhur məhsullar istehsal
edir və İT sektorun aparıcı təmsilçilərindən biri hesab olunur. Lakin buna
baxmayaraq bir çoxlarının fikrincə şirkət bazara yeni və innovasiyalı bir şey gətirmir.
Bu cür fikirlər Bernstein şirkətinin analitiki Toni Sacconaghi də razıdır. Onun
fikrincə şirkət öz rəqiblərindən fərqli olaraq innovasiyalara çox az məbləğdə
yatırımlar edir.
Onun sözlərinə əsasən keçən il Apple şirkətinin tədqiqatlara
12.7 milyard dollar xərcləməsinə baxmayaraq bu kifayət deyil. Qeyd etmək
lazımdır ki, keçən il şirkət bu sahəyə 1998-2011-ci illər arası məhsullara
yatırdığı puldan daha çoxunu yatırıb. Məhz həmin illərdə iPhone, iPad və iPod
kimi məhsullar işıq üzü görmüşdü. Bununla belə şirkət öz rəqiblərindən fərqli
olaraq azad vəsaitlərinin yalnız kiçik bir hissəsini innovasiyalara yatırır. Bəli
söhbət, böyük vəsaitlərdən gedir. Lakin burda şirkətin irimiqyaslı gəlirlərini
də nəzərə almaq lazımdır.
Müqayisə üçün qeyd etmək lazımdır ki, şirkət öz gəlirinin
yalnız 5.1%-ni innovasiyalara yatırır. Belə gəlir mənbəyinə sahib digər şirkətlər
isə innovasiyalara öz gəlirlərinin 10%-ni yatırırlar. Apple ABŞ-ın texnoloji
şirkətləri arasında bazar dəyərləndirilməsi üzrə birinci yerdə qərarlaşır.
Lakin tədqiqatlara ayrılan vəsaitlər sahəsində o, 6-cı yerdədir. Son məlumatlara
əsasən Apple şirkəti avtopilot sisteminə sahib avtomobil və artırılmış reallıq
eynəkləri üzərində çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!