main-post-cover

    Mütəxəssislər smartfonlarda olan lazımsız funksiyaları siyahısını tərtib ediblər

    Elm & Texnologiya
    16.07.2018
    Farid Pardashunas
        Mütəxəssislər smartfonlarda olan lazımsız funksiyaların reytinqini tərtib ediblər. Bununla belə istifadəçilər həmin funksiyalara görə əlavə pul da ödəyirlər. Məlumatda deyilir ki, Apple, Samsung Huawei kimi şirkətlər əlavə süni zəka modullu güclü prosessorlara sahib smartfonlar istehsal edirlər. Bununla belə smartfonlarda tətbiq olunan bu texnologiyalar çox bahalıdırlar və cihazın yekun qiymətinə təsir göstərirlər. Belə bir vaxtda köhnə prosessorlar isə heç də pis çalışmırlar.
        Bundan əlavə olaraq mütəxəssislər həmçinin böyük ölçülü ekranları da lazımsız adlandırıblar. Bu cür ekranlara sahib smartfonlar daha çox enerji sərf edirlər və nəticədə onların enerji sərfiyyatları daha sürətlə tükənir. Force Touch3D Touch formatlı ekranlar isə smartfonun qiymətini daha da bahalı edirlər. Bununla yanaşı smartfonlarda olan Dolby Atmos səs sistemi və Super slow motion videoçəkiliş funksiyası da lazımsız hesab olunur.
        Son zamanlarda flaqman modellərin kameralaırnda əlavə süni zəka modullarından istifadə olunur və bu texnologiya çəkilmiş fotoların yüksək keyfiyyətdə alınması üçün nəzərdə tutulub. Lakin bununla belə bu texnologiya da mütəxəssislər tərəfindən aşağı effektivli hesab olunur. Daha bir lazımsız funksiya isə 4K çəkilişdir. Bu cür keyfiyyətdə olan videoçəkilişlər optik stabilizasiya və HDR kimi önəmli özəllikləri dəstəkləmir. Nəticədə isə 4K rejimində çəkilmiş videolar smartfon yaddaşında əlavə yer tutur. Apple şirkətindən olan Animoji funksiyası da lazımsız adlandırılıb. Statistikaya əsasən istifadəçilər bu funksiyaya maraqlarını itirirlər. Belə ki, artırılmış reallıq (AR) hələ effektiv deyil və lazımi səviyyədə çalışmır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər