
Mütəxəssislər: Windows-dan fərqli olaraq macOS-də zərərli proqram təminatlarının sayı 2 dəfə artıb
Elm & Texnologiya
12.02.2020
Emil
Bir çox istifadəçilərin fikirlərincə Windows əməliyyat sistemi ilə çalışan kompüterlərdən fərqli olaraq macOS əməliyyat sistemi ilə çalışan kompüterlər daha təhlükəsizdirlər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Malwarebytes Labs şirkəti bu cür fikirlə mübahisə etməyə hazırdır. Belə ki, mütəxəssislərin hesabatlarına əsasən Apple platforması üçün olan zərərli tətbiqlərin sayları getdikcə artır. Bu barədə Windowscentral saytı xəbər verib.
Təqdim edilmiş statistikaya əsasən 2018-ci il ilə müqayisədə 2019-cu ildə macOS-də aşkar edilmiş zərərli proqram təminatlarının sayı 400% yüksəlib. Malwarebytes şirkətinin proqram təminatından istifadə edən Mac istifadəçilərinin saylarının artmasını nəzərə alaraq sözügedən göstəricinin daha dəqiqləşdirilməsi nəticəsində məlum olub ki, zərər çəkmiş bir Apple kompüterinin üzərinə il ərzində 11 zərərli proqram təminatı düşüb.
Müqayisə üçün qeyd etmək lazımdır ki, il ərzində Windows vasitəsilə çalışan bir kompüterin üzərinə 5.8 zərərli proqram təminatı düşüb. Təhlükə mənbələrinin artmasının səbəbini mütəxəssislər macOS-də olan qorunma sistemlərinin aşağı effektivliyə sahib olmaları ilə əlaqələndirirlər. Həmin sistemlər reklam xarakterli proqram təminatları və istifadəçilərin də xəbərləri olmadan sistemə quraşdırılan arzuolunmaz tətbiqlər ilə effektiv şəkildə mübarizə apara bilmirlər. Mütəxəssislər macOS əməliyyat sistemi ilə çalışan kompüter istifadəçilərinə təhlükəsizliyin təmin olunması məsələsinə daha ciddi yanaşmağı məsləhət görüblər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
