
LG şirkətinin Household & Health Care adlı şöbəsi MWC 2023 sərgisi çərçivəsində maraqlı cihazını təqdim edib. Söhbət, müddətli tattoo-lar üçün nəzərdə tutulmuş portativ printerdən gedir. Imprintu adlı bu portativ cihaz smartfona qoşulur və istifadəçi xüsusi mobil tətbiq daxilində lazım olan tattoo-nun eskizini seçir. Daha sonra isə o, sözügedən printer vasitəsilə seçilmiş tattoo eskizini dərisinə çap etdirə bilər. Məlumatda qeyd edilib ki, çap keyfiyyəti hər düymə 600 nöqtə təşkil edir.
LG bildirib ki, müddətli tattoo prosesində insan sağlamlığına heç bir zərər vurmayan mürəkkəblərdən istifadə edilir. Sözügedən printer vasitəsilə çap edilmiş tattoo dəridə 24 saata kimi qala bilir. Imprintu həmçinin geyimlərə də müxtlif təsvirləri çap edə bilir. Şirkət eskizlər üçün nəzərdə tutulmuş tətbiqdə eskizlər kataloqunu Exaone adlı süni zəka alqoritmi vasitəsilə genişləndirməyi planlaşdırır. Bu portativ tattoo printerinin satışlarına bu ilin ikinci yarısında Cənubi Koreya və ABŞ-da start verilməlidir. Onun satış qiyməti barəsində heç bir məlumat verilməyib.
Şərh yoxdur